Çindən Yunanıstana, İrandan Rusiyaya, Ermənistandan Almaniyaya bir çox ölkədə xəbər olan IMECE, "öncül peyk" olaraq təyin olundu və bir özəl xüsusiyyəti önə çəkildi.
Sherg.az xarici mediaya istinadən xəbər verir ki, Yunanıstanın Skai televiziyası peykin videosunu "Türkiyə ilk müşahidə peyki olan İMECE"yi orbitə buraxdı" başlığı ilə nümayiş etdirib. ABŞ-ın Kaliforniya ştatındakı Vandenberq Kosmodromundan orbitə buraxılan peykin türk istehsalı olduğunu vurğulayan televiziya yüksək dəqiqliklə IMECE-nin orbitə uğurla çatdığını qeyd edib.
Skai, Türkiyənin planetin hər nöqtəsindən şəkil çəkmək qabiliyyətinə malik IMECE ilə birlikdə ilk dəfə olaraq orbitdə elektrooptik kameraya sahib olduğunu tamaşaçılara çatdırdı.
Skai kimi, "CNN Yunanıstan" da Türkiyənin uğurla kosmosa göndərdiyi IMECE-nin şəklini yayımladı. Beş il kosmosda xidmət edəcək peykin dünyanın hər nöqtəsindən görüntülər əldə edəcəyini ifadə edən "CNN Yunanıstan" başqa bir xəbərdə "Ərdoğan seçkilərə doğru peykləri orbitə çıxarır" başlığını istifadə edib.
İran xəbər agentliyi Tasnim, "Türkiyə ilk yerli müşahidə peykini kosmosa göndərdi" xəbərini verib və IMECE-ni "Türk istehsalı olan qabaqcıl peyk" olaraq xarakterizə edib.
Xəbər agentliyinin məlumatına görə, peykin orbitə buraxılması ilə Türkiyə ilk dəfə olaraq orbitdə submetrə ayırdetmə qabiliyyətinə malik elektrooptik kameraya sahibdir. Tasnim onu da yazıb ki, 680 kilometr hündürlükdə günəşlə sinxron şəkildə üzəcək IMECE, görüntü ayırdetmə qabiliyyəti, əlaqə sürəti və hərəkətliliyi ilə Türkiyənin ən inkişaf etmiş peyki olacaq.
Çinin Sinxua xəbər agentliyi "Kosmosda ilk Türk istehsal peyki" başlığı ilə xəbəri abunəçilərinə çatdırıb. Agentlik qeyd edib ki, əlverişsiz hava şəraiti səbəbindən orbitə buraxılması bir neçə dəfə təxirə salınan Türkiyənin İMECE peyki 700 kiloqramdır və TÜBİTAK tərəfindən hazırlanıb.
Hədəflərin müəyyən edilməsi, xəritəçəkmə, təbii fəlakətlər və kənd təsərrüfatı tətbiqləri kimi bir çox sahədə xidmət göstərəcək IMECE-nin Türkiyənin xarici peyk texnologiyalarına olan asılılığını azaldacağını qeyd edən Xinhua, peykin 680 kilometr yüksəklikdə 16 kvadrat kilometrlik ərazini izləyə biləcəyini yazıb.
Rusiya xəbər agentliyi Sputnik, "Türkiyənin ilk müşahidə peyki orbitə buraxıldı" deyən İMECE-nin Türkiyənin 680 kilometr yüksəklikdən yüksək keyfiyyətli peyk çəkilişlərinə olan ehtiyacını qarşılayacağını vurğulayıb.