Deputat: “Mən də azərbaycanlılara əsir düşə bilərdim”
“Mən özüm azərbaycanlılara əsir düşə bilərdim, çünki sərhəd yoxdur. Mən Gorusda hamısını özüm gördüm, orda təsadüfən bir neçə yüz metr aralıda azərbaycanlıları gördüm, amma kənd camaatı mənə irəli getməməyi tövsiyə etdi, çünki risk var”.
Cebhe.info xəbər verir ki, bunu aprelin 11-də jurnalistlərə müsahibəsində “Ermənistan” blokundan olan deputat Qarnik Danielyan deyib.
Onun sözlərinə görə, azərbaycanlılar təxminən 400 hektar ərazisi olan Dığ kəndində məskunlaşıblar:
“Ən böyük problem azərbaycanlıların heç bir müqavimət görməməsidir. Əsgərlərimiz orada yox idi. Onların harada olması ilə bağlı suala səlahiyyətli orqanlar cavab verməlidir, lakin onlar anlaşılan heç nə demirlər. Bütün günahkarlar məsuliyyətə cəlb edilməlidir. Mən özüm də parlamentin tribunasından bu məsələləri qaldırmışam, lakin hakimiyyət buna cavab olaraq qeyri-adekvat münasibət nümayiş etdirir, təxribat törədir, qarşıdurmalar təşkil edir”.
Xəzər