azia.az
azia.az

Xocavənddə silah-sursat və partlayıcı vasitələr aşkarlanıb - FOTO

1-04-2023, 08:34

Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən işğaldan azad edilmiş ərazilərdəki tərk edilmiş hərbi mövqelərdən silah-sursatın və partlayıcı vasitələrin toplanması istiqamətində tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Xocavənd RPŞ-nin əməkdaşlarının rayon ərazisində keçirdiyi tədbirlər nəticəsində 2 pulemyot, bir avtomat, bir snayper tüfəngi, bir ov tüfəngi, 2 qumbara və digər döyüş sursatları götürülərək aidiyyəti üzrə təhvil verilib.

 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi