azia.az
azia.az

"İslahat desantı" İnam Kərimov Ali Məhkəmənin sədri təyin olunur?

31-03-2023, 21:02



"Yaxın günlərdə kənd təsərrüfatı naziri İnam Kərimovun nazir vəzifəsindən azad ediləcəyi bildirilir".

Bu barədə Musavat.com-a etibarlı mənbələrdən məlumat daxil olub.

Məlumatı verən mənbənin sözlərinə görə, onun Ali Məhkəməyə sədr təyin olunacağı gözlənilir.

İnam Kərimovun yerinə isə hazırda Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri olan Orxan Məmmədovun gətiriləcəyi bildirilir.

Qeyd edək ki, İnam Kərimov 2018-ci ildən kənd təsərrüfatı naziri vəzifəsində çalışır. Bundan öncə isə (2012-2018-ci illər) o, “ASAN Xidmət”in sədri vəzifəsini icra edib. İnam Kərimov islahatçı keyfiyyətləri ilə tanınır. O, rəhbərlik etdiyi qurumlarda yeniliyə və inkişafa səbəb olan qərarlar verib, məsuliyyətini daşıdığı sahələri irəli aparıb. Media sektorunda onun ünvanına "islahat desantı" kimi ibarələr də səsləndirilir.

Məlum olduğu kimi, Azərbaycanın məhkəmə-hüquq sistemində illərdir ki, islahatlar aparılması barədə danışılır. Lakin bu sahədə köklü islahatlara nail olmaq mümkün olmur. Məlumata görə İnam Kərimovun Ali Məhkəməyə sədr təyin olunması da məhz bu prosesə daha çox təkan vermək üçündür. İxtisasca hüquqşünas olan, yüksək təşkilatçılıq qabiliyyətinə malik İnam Kərimov ölkə rəhbərliyinin etimad etdiyi islahatçı kadrlardandır. Onun Ali Məhkəməyə sədr gətirilməsi məhkəmə - hüquq sistemində köklü islahatlara imkan yaradardı.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi