Arvadını və baldızı qızını qantellə öldürdü
Abşeron rayonunda arvadını və baldızı qızını qətlə yetirməkdə təqsirli bilinən Qurban Hüseynovun cinayət işi üzrə təfərrüatlar məlum olub.
"Ölkə.Az" xəbər verir ki, qətl hadisəsi Abşeron rayonu Saray qəsəbəsində baş verib. Qurban Hüseynov şəxsi münasibətlərinin pozulması zəminində öz həyat yoldaşı, 54 yaşlı Fəraiz Hüseynovanı küt alətlə öldürüb.
Qurban Hüseynov evdə olan baldızı qızı 18 yaşlı Rəhilə Əsgər qızı Amur-Təbrizini də öldürüb.
Məlum olub ki, Qurban Hüseynov hər iki şəxsi idmanda istifadə olunan daşla (qantellə) vuraraq qətlə yetirib.
Hadisədən sonra qətli törədən Qurban Hüseynov Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Qurban Hüseynova qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə, xuliqanlıq niyyəti ilə adam öldürmə) və 120.2.7-ci (qəsdən adam öldürmə, iki və daha çox şəxsi öldürmə) maddələri ilə ittiham ela edilib.
İş üzrə dindirilmiş Qurban Hüseynov ifadəsində bildirib ki, Saray qəsəbəsində arvadı Fəraiz, 2006-cı ildən himayəyə götürdükləri Rəhilə Amuz Təbrizi, oğlu İsmayıl və onun həyat yoldaşı ilə birlikdə yaşayıb.
Hadisədən 1 ay əvvəl onun arvadı ilə mübahisəsi başlayıb. Yoldaşının onun və vəfat etmiş qohumlarının barəsində təhqirlər etməsinə baxmayaraq uşaqlarına görə səbir edib. Arvadı Fəraiz gecələr çörək sexində işləyib. Səhər işdən gələndən sonra isə yatıb dincəlib. Ev işləri və yemək hazırlamaqla Rəhilə məşğul olub.
Martın 24-dü günorta evə gəldikdə arvadının uşaq otağında yataqda uzandığını görüb ondan qalxmasını tələb edib. Nə səbəbdən ona yemək vermədiyini soruşduqda qadın kobud tərzdə onu təhqir edib. Qurban cavab olaraq onu söyüb və otaqdakı masanın üstündən idman daşını götürüb (qantel) yataqda oturmuş arvadının başına ardıcıl zərbələr vurub. Baldızı qızı Rəhilə onun qolundan tutub sakitləşdirməyə çalışıb. Bu zaman əlindəki qantel arxasında dayanmış qızın da başına dəyib. Bunun necə baş verdiyini bilməyib.
Xalasının öldüyünü görən qız evin giriş qapısına tərəf qaçıb. O, Rəhiləni təqib edərək qapının önünə çatıb əlindəki qantellə onun da başına zərbələr vuraraq qətlə yetirib.
Qurban Hüseynov ifadəsinin davamında bildirib ki, bundan sonra evdən çıxaraq qaynına zəng vurub törətdiyi hadisə barədə məlumat verib. Ondan "102" xidmətinə zəng etməsini xahiş edib.
Bundan sonra polis əməkdaşları gəlib onu idarəyə aparıblar.
Qurban Hüseynov qeyd edib ki, cinayəti törətdərkən özündə olmayıb.
Məhkəmə prosesində Qurban Hüseynov ittiham ürə özünü təqsirli bilib.
Zərərçəkmiş şəxsin hüquqi varisi İsmayıl Hüseynov bildirib ki, atasına qarşı heç bir şikayəti yoxdur.
Məhkəmə onun əməlini CM-nin 120.2.4 ( xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 120.2.7 ( iki və y daha çox şəxsi qəsdən öldürmə) maddələri ilə qiymətləndirib.
Sonda məhkəmənin hökmü ilə Qurban Hüseynov ömürlük azadlıqdan məhrum edilmə cəzasına məhkum olunub.
Natiq





