azia.az
azia.az

Bıçaqla hamilə arvadının görün harasına vurdu-DƏHŞƏTLİ CİNAYƏT (FOTO+VİDEO)

11-03-2023, 21:28

Balıkəsirdə 3 aylıq hamilə arvadını 97 bıçaq zərbəsi ilə öldürən Kadir Meşe Alpyörük hakim qarşısına çıxıb.

Oxu24.com  Haberler.com saytına istinadən xəbər verir  ki, hadisəni izah edən şəxs, "Əvvəlcə çörək bıçağı ilə onun cinsi orqanından bıçaqladım. Sonra müxtəlif yerlərindən bıçaqladım. Bir müddət sonra evdən çıxdım, nəfəsi xışıldayırdı.Mənzilə qayıtdıqdan sonra  yenidən bıçaqlamağa başladım"-deyib.

2022-ci il fevralın 15-də baş verən qadın qətlinin ilk məhkəməsi Balıkəsirdə Bandırmada keçirilib. Bandırma Ağır Cəza Məhkəməsində 6 ay əvvəl evləndiyi üç aylıq hamilə həyat yoldaşı Hazal Alpyörüku (19) 97 yerdən bıçaqla qətlə yetirən Kadir Meşe Alpyörük (29) məhkəmədə iştirak edərkən, şahidlər dinlənilib.

Qətli törədən şəxs iddia edib ki, uşaq ondan olmadığı üçün arvadını bıçaqlayıb. Bu iddia üzrə uşaq DNK analizi edilib.

Həkim rəyində mərhum Hazalın övladının atasının Kadir Meşe Alpyörük olduğu bildirilib. Hazal Alpyörükün anası Sevcan Alpyörük Kadir Meşe Alpyörükün davamlı olaraq narkotik istifadə etdiyi, qızını sosial mediada marketinqi ilə məşğul olduğu iddiasının həqiqətə uyğun olmadığını, iddiaçı tərəf olduğunu vurğulayıb.

Məhkəmə prosesi davam etdirilir.

İranın dövlət kanalı rəsmən elan etdi: İran Rusiyadan...

Rəşid Mahmudov mədə-bağırsaq yaraları üçün məlhəm AÇIQLADI

 

Tərcümə: Aynurə Məcidova


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi