azia.az
azia.az

Polis məmuru əvvəlcə əlil oğlunu vurdu, sonra özünə qəsd etdi

20-02-2023, 20:27

Türkiyə Qaziantepdə əsəb sarsıntısı keçirən polis məmuru əvvəlcə əlil oğlunu tapança ilə öldürüb, sonra intihar edib.
 

Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Qaziantep şəhəri, Karataş məhəlləsi ərazisində baş verib.

Əldə edilən məlumata görə, ağlını itirmiş polis məmuru Fahri K. əvvəlcə əlil oğlunu tapança ilə vurub, daha sonra isə öz başına atəş açaraq intihar edib.
İddialara görə, o, hadisə zamanı evdə olan həyat yoldaşına və digər oğluna toxunmayıb. Hadisə yerinə gələn təcili yardım polis məmuru Fahri K. və oğlunun öldüyünü aşkarlayıb.

Ata və oğulun cəsədləri yarılma üçün Qaziantep Ədliyyə Tibb Qurumuna aparılıb. Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.

Sfera.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi