azia.az
azia.az

Vardanyan ilk dəfə etiraf etdi: Parçalanma var!

20-02-2023, 08:42

Erməni separatçılarının nümayəndəsi Ruben Vardanyanın bu "vəzifədə" çalışmasının 100 günü ilə bağlı açıqlamasında diqqət çəkən məqam var.

Bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

O bildirib ki, Vardanyan "100 günün 67-nin blokada şəraitində" işlədiyini və "bölgənin kollapsa yuvarlanmadığını" deyib:

"Vardanyan bildirib ki, xarici təzyiqlə yanaşı daxildəki müxalifət də planlarımızı əngəlləyə bilmədi. Onun cümləsinin ikinci hissəsi diqqət çəkir. Ruben Vardanyan ilk dəfə etiraf etdi ki, separatçılar içərisində ona mane olmaq istəyənlər (separatçılar içərisində parçalanma - red) var".

Politoloq bildirib ki, Vardanyan öz xoşu ilə getməyəcək - ya Moskva geri çağırmalı, ya da göndərməliyik.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi