Mətanət-A şirkətinin prezidenti Elxan Bəşirovun batmış bir milyon manatı haqda redaksiyamıza məktub daxil olub. Gunxeber.com-a daxil olan məlumatı təqdim edirik:
“Mətanət-A şirkətinin prezidenti Elxan Bəşirov sabiq Milli Təhlükəsizlik Naziri Eldar Mahmudova keçən ilin yay aylarında bir milyon manat verərək Lerik rayonuna icra başçısı getmək istəyirdi. Keçən ilin sonuna bu məsələ öz həllini tapmalıydı. Lakin, keçən ilin 17 oktyabrında Milli Təlükəsizlik Naziri Eldar Mahmudovun işdən çıxarılması nəticəsində bu məsələ öz həllini tapmadan qalmış və bu barədə qorxudan Elxan Bəşirov öz səsini çıxara bilməmişdi.
Buna baxmayaraq, Elxan Bəşirov yenə də icra başçısı olmaq niyyətindədir. Bu məqsədlə rayon sakinlərini icra başçısı Rövşən Bağırova qarşı qaldırır. Hər ay Elxan Bəşirovun adamları tərəfindən minlərlə şikayət məktubu prezident aparatına göndərilir. Elxan Bəşirov qohumlarına 2017-ci ili İcra başçısı kimi qarşılayacağını deyir və onları işlə təmin edəcəyini bildirir.
Sual olunur ki, Elxan Bəşirov bu qədər var dövləti necə əldə edib. Elxan Bəşirovun əmisi Texniki Universitetin prorektoru olmuş Bəşir Bəşirovun oğlu, Rəsul Quliyevin yaxın dostu (Rəsul Quliyev Baş Nazir olan ərəfədə Bakı şəhərində binalar tikan bir nömrəli milyaner) Mərhəmət Bəşirovun yanında muhasib kimi işə başlayan Elxan Bəşirov Rəsul Quliyev işdən çıxarıldıqdan sonra Mər-həmət Bəşirovun biznesi əlindən alındıqda Elxan Bəşirov əmisi oğluna yalan danışıb təxminən iki milyon ABŞ dolları çivarında vəsait oğrayıb saxlamışdır. Sonralar Elxan Bəşirov bu vəsaiti Lerikin sabiq İcra Hakimi Babəli Ağayevələ birlikdə biznesə qoyaraq Elxan Bəşirovun adına Zərinqala MMC-ni açaraq qalan vəsaitlə isə Rusiya federasiyasından taxta vurub İrana, İrandan isə şüşə vurub Azərbaycan bararında satmağa başlamışlar. Elxan Bəşirov hər şey onun adına olduğuna görə Babəli Ağayevə atıb sonra 2000-ci ilədək həmin pulla Bakı-Sumqayıt şosesinin 13,5-ci km-də yer götürüb Mətanət-A şirkətinin balaca bir kafel-metlax yapışdırıcısı sexini tikib. Bundan sonra Babəli Ağayev Elxan Bəşirovu dəfələrlə məhkəmələrə versə də əlində heç bir sübut olmadığına görə uduzmuşdur.
2001-ci ildə Fərhad Əliyev İqtisadi İnkişaf naziri olandan sonra Elxan Bəşirovun işi daha rahat olub. Fərhad Əliyevin qardaşı Rafiq Əliyev Elxan Bəşirovun xalasıoğlu Telman Qasımovla ən yaxın dost və tələbə yoldaşı olduqlarına görə Elxan Bəşirova hər bir dəstək göstərilmiş dövlət hesabına ona güzəştli kriditlər ayrılmışdır. Bundan başqa İqtisadi İnkişaf Naziri Fərhad Əliyevin dövründə Sahibkarlığın inkişafı departamentinin direktoru Əlihüseyin Şaliyev Elxan Bəşirovla şərik olaraq butun məsələlərdə Elxan Bəşirova yaxından dəstək olaraq hətta onu sahibkarlar şurasına üzv etmişlər. 2005-ci ildə Fərhad Əliyevin həbsindən, Əlihüseyn Şaliyevinsə intiharından sonra Mətanət-A şirkəti tam olaraq Elxan Bəşirova qalıb. Hətda Fərhad Əliyev və Əlihüseyin Şaliyevin həbsindən sonra onlara qarşı prokururluq orqanlarında ifadə də verib. Bununla da Elxan Bəşirov o dövrdə artıq gips əsaslı zavod olan Avanqard-N-in əsasını qoymuş və həmin zavodu işə salandan sonra daha çox qazanmağa başlamışdır. Goranboy rayonu Yuxarıağcakəndə yerləşən gips mədənindən isə qohumu o devrdə Goranboy rayonunun İcra Hakimi olan Novruz Novruzovun köməkliyi ilə ən yaxşı yeri götürmüşdür.
Artıq neçə ildir ki, Elxan Bəşirov ikili mühasibat saxlayaraq vergi orqanlarını aldadaraq onlardan milyonlarla vəsaiti gizlətməyə nail olmuşdur. Elxan Bəşirov aldatmağa necə vərdiş edibsə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi belə milyonların önündə aldatdı. Belə ki, 30.01.2016-cı il tarixində cənab Prezidenti yeni Ağ Dağ zavodunun açılışında işçilərinə altı yüz manat verdiyini və mövsümü olaraq beş yüz işsizi işlə təmin etməsini bildirdi. Bundan sonra əslində zavodda korrupsiyaya qarşı mübarizə idarəsi, prokurorluq və vergilər nazirliyi yoxlamalara başlamalı, cənab Prezidentə yalan danışdığı üçün Elxan Bəşirova cinayət işi açılmalı idi. Çünki, düşünürdüm Vergilər Nazirliyi, baş prokurorluq, korrupsiyaya qarşı mübarizə idarəsi açıb baxar görüm Elxan Bəşirov vergini hər işçiyə görə altı yüz manata uyğunmu ödəyir, Əmək və Əhalinin Müdafiyəsi Naziriliyi açıb baxar görüm Elxan Bəşirov bu günə kimi beş yüz işçiyə görə ödəmə edibmi, Prezidentin təhlükəsizlik xidməti yoxlayıbmı açılış vaxtı orda olan işçilərin hamısı Ag Dağ-da işləyir ya yox.
Mətanət A-nın Ağdağ zavodunda işləyən yerli fəhlələr o qədər narazıdırlar ki, həmin açılışa onları dəvət etməyə qorxan rəhbərlik prezidentin qarşısına öz yaxın adamlarını çıxartmaqla hamını aldadıb. Mətanət A şirkətində baş verən özbaşınalıqlar, Elxan Bəşirovun korrupsiya əməlləri barədə mətuatda dəfələrlə yazılar yazılsa da görəsən prokuror orqanları həmin yazıları araşdırdımı. Araşdırsaydılar onda Elxan Bəşirovun bir qarın yeməyə görə yüzlərlə çinlini, Suriyadan, İraqdan gətirilmə kürdləri istismar etdiyini, şirkətdəki qara mühasibatlığı, işçilərin işdən çıxarilanda depozitlərinin verilməməsilə yanaşı onlardan zorla şirkətin onlara heç bir borcu olmaması əksinə onların şirkətə borcu olması barədə yazılı kağız almasının, eyni tərkibli məhsulun müxtəlif adlarda buraxılaraq alıcıların aldadılmasının şahidi olardılar. Yəni marka siyasəti, bir məhsulu reklam edir daha baha satır digərinin adını dəyişir ucuz satır. Əslində isə hər iki məhsulun adları muxtəlif olsada içləri eynidir. Buna misal Ağdağ, Akdəniz, Şpak-f məhsullarını göstərmək olar. Sual olunar bəs Elxan Bəşirov bu hunəri hardan alır. Buna üç dənə əsas göstərmək olar.
1. Elxan Bəşirov FETO-çüdür və FETO o zaman hələ çox güclü idi. Bu barədə dövrü mətbuatda yazılar çıxsada sonradan bunlara dövlət tərəfindən bir açıqlama verilmədi.
2. Elxan Bəşirovun həyat yoldaşı Pərvanə Səidi İranlıdır. Pərvanə Səidinin İrandan bir Erməni qohumu Martivosyan Elxan Bəşirovla hal-hazırda şərik işləyirlər. Bunun nəticəsidir ki, Mətanət A şirkətinin məhsulları bu gün Ermənistan bazarlarında Azərbaycandakından qat-qat ucuz qiymətə satlır. Martivosyan Ukrayna avtoritetləriylə yaxın əlaqələri olduğuna görə Elxan Bəşirov da MDB ölkələrində rahat hərəkət edir.
3. Elxan Bəşirov respublikada görünməyən bir güc tərəfindən qorunur. Bu güc nece gücdürsə hətda cənab Prezidentə yalan danışan adamı belə dövlətin güc orqanları məsüliyətə cəlb edə bilmir”.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
gunxeber.com