azia.az
azia.az

İş adamının evinə silahlı basqın-BAKIDA DƏHŞƏT

18-02-2023, 11:15

Məşhur iş adamının evinə silahlı basqın - VİDEO

Bakının Suraxanı rayonunun Əmircan qəsəbəsindəki evlərdən birinə silahlı basqın olub.

Evə girən şəxs əlindəki tüfəngin qundağı ilə evdə olan V.Vahidovun başına xəsarət yetirərək ondan pul tələb edib.

Azia.az  BAKU.TV-yə istinadən xəbər verir ki, bu ev “Ballı market”lər şəbəkəsinin sahibinə məxsusdur.

Suraxanı RPİ 31-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini Tahir Hüseynov müəyyən olunaraq saxlanılıb. Ondan lüləsi və qundağı kəsilmiş tüfəng götürülüb.

Suraxanı Rayon Polis İdarəsində faktla bağlı Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanılıb.




OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi