İrandan sonra Rusiya da Zəngəzurda konsulluq açmaq istəyir
2022-ci il oktyabrın 21-də İranın Qafandakı Baş Konsulluğunun açılışından sonra Rusiyanın Ermənistandakı səfirliyi də analoji arzu ilə çıxış edib.
Bu barədə “Joqovurd” məlumat yayıb.
Erməni nəşri əlavə edib ki, söhbət Sünik (Qərbi Zəngəzur) mərzində konsulluq açmaqdan gedir.
“Əldə etdiyimiz məlumata görə, Rusiya bu istəyini müxtəlif kanallarla Ermənistan Respublikasının hakimiyyət orqanlarına bildirib. İndi Sünikdə İran konsulluğunun açılmasından sonra hakimiyyətin Rusiya Federasiyasının - strateji müttəfiqinin Sünikdə konsulluq açmasına necə icazə verə bilməyəcəyi ilə bağlı müzakirələr gedir”.
Qəzet yazır ki, o, bu barədə Ermənistan Respublikasının Xarici İşlər Nazirliyinə Rusiya Federasiyasının Sünikdə konsulluğun açılması məsələsi ilə bağlı Ermənistan Respublikasına rəsmi və ya qeyri-rəsmi müraciət edib-etməməsinə aydınlıq gətirmək istəyi ilə müraciət edib. XİN-dən KİV-ə verilən açıqlamada bildirilib ki, Ermənistan Respublikası Rusiya Federasiyasından Sünik vilayətində Rusiya konsulluğunun açılması ilə bağlı rəsmi təklif almayıb.
Qeyd edək ki, bununla bağlı rəsmi təklifin olmaması vurğulanır və XİN-in cavabında belə qeyri-rəsmi çıxışın olması istisna edilmir. Bundan başqa, “Joqovurd” Rusiyanın Ermənistandakı səfirliyindən məsələ ilə bağlı şərh ala bilməyib.
Erməni nəşri əlavə edib ki, söhbət Sünik (Qərbi Zəngəzur) mərzində konsulluq açmaqdan gedir.