“Türkiyədə zəlzələ olur, binalar çökür, amma bizə dərs olmur. Bakıda 21 mərtəbədən ibarət olan binamızın zirzəmisində sütunları kəsirlər ki, kiməsə qaraj yeri olsun. FHN binamızın dayanıqlığını yoxlasın”, - A.Talışinski qeyd edib
Bakıda çoxmərtəbəli binanın zirzəmisində sütunu kəsdilər - VİDEO
Bakıda binanın zirzəmisində qaraj yeri açılması üçün sütun kəsilib.
Metbuat.az xəbər verir ki, bu barədə tanınmış cərrah Aydın Talışinski sosial mediada paylaşım edib.