azia.az
azia.az

Bakıda tanınmış yazar özünü 17-ci mərtəbədən atdı – YENİLƏNİB + FOTO

16-03-2017, 10:21

Bakıda tanınmış yazar özünü 17-ci mərtəbədən atdı – YENİLƏNİB + FOTO


“Mən Mövludun intiharının şahidi olmuşam”.

azia.az xəbər verir ki, bu sözləri Kulis.Az-a hadisənin şahidi deyib.

Onun sözlərinə görə, gecə blokda siqaret çəkirmiş:

“Birdən tappıltı səsi eşitdim. Qarovulçu sürətlə səs gələn tərəfə qaçıb. Mən də heyrətləndim ki, axı nəyə görə qarovulçu belə təlaşla qaçdı. Mən də qarovulçunun dalınca getdim. Gördüm, yerdə gənc bir oğlan var. Ayağında da ayaqqabısı. Ağzından qan axırdı. Onu heç kim tanımadı. Bizim binada yaşamırdı. Görünür, intihar etmək üçün bura gəlibmiş. Səhər xəbərlərdə onun Mövlud Abdullayev olduğunu gördüm.

10:34

Bakıda 28 yaşlı oğlan özünü binanın 17-ci mərtəbəsindən ataraq intihar edib.

azia.az Report-a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonunda baş verib.

Belə ki, Süleyman Sani Axundov küçəsi 31/23 ünvanındakı binanın 17-ci mərtəbəsində yerləşən mənzildə kirayə yaşayan 1989-cu il təvəllüdlü Abdullayev Mövlud İsmayıl oğlu özünü eyvandan yerə atıb.

***

M.Abdullayev hadisə yerində ölüb.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Qeyd edək ki, intihar edən Abdullayev Mövlud gənc yazar Mövlud Mövluddur.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, intihar edən şəxs gənc yazar Mövlud Mövluddur. O, jurnalist Sevinc Fədai ilə evli idi, onlar ailədaxili problemlərə görə boşanma ərəfəsində olublar. Cütlük uzun müddət imiş ki, birlikdə yaşamırmış.

09:53

Bakıda intihar hadisəsi baş verib.

azia.az xəbər verir ki, Binəqədi Rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, hadisə martın 16-da gecə saat 02:00 radələrində rayonun 7-ci mikrorayonu, Axundov küçəsində baş verib.

1989-cu il təvəllüdlü Abdullayev Mövlud İsmayıl oğlu həmin küçədə yerləşən 17 mərtəbəli binanın 17-ci mərtəbəsindən özünü ataraq intihar edib. M.Abdullayev hadisə yerində dünyasını dəyişib.

İntiharın səbəbləri məlum deyil. Faktla bağlı Binəqədi Rayon Prokurorluğunun 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanılıb.

Bakıda tanınmış yazar özünü 17-ci mərtəbədən atdı – YENİLƏNİB + FOTO
Bakıda tanınmış yazar özünü 17-ci mərtəbədən atdı – YENİLƏNİB + FOTO
Bakıda tanınmış yazar özünü 17-ci mərtəbədən atdı – YENİLƏNİB + FOTO
Bakıda tanınmış yazar özünü 17-ci mərtəbədən atdı – YENİLƏNİB + FOTO
Bakıda tanınmış yazar özünü 17-ci mərtəbədən atdı – YENİLƏNİB + FOTO


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi