azia.az
azia.az

Ata və oğlunu ŞADLIQ sarayında döydülər-TƏFƏRRÜAT

21-01-2023, 12:08

Goranboy rayonu Düzqışlaq kəndi ərazisində yerləşən “Eşqin” şadlıq sarayında kütləvi dava-dalaş olub.

Azia.az  xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, yanvarın 18-i saat 19 radələrində şadlıq evində baş vermiş kütləvi dava zamanı rayonun Dəyirmanlar kənd sakini, 1999-cu il təvəllüdlü Kənan Məmmədov və bir qrup şəxs ata və oğlunu döyüblər. Nəticədə 1992-ci il təvəllüdlü Eşqin Məmmədrzayev və atası Rafiq Məmmədrzayev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. 

Faktla bağlı Goranboy Rayon Polis Şöbəsində araşdırma aparılır.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi