azia.az
azia.az

Hamilə bacısını bıçaqladı, polisə belə yaxalandı - FOTO

20-01-2023, 10:08

Sabunçu rayonunda bacısına bıçaq xəsarətləri yetirməkdə şübhəli bilinən 1992-ci təvəllüdlü Yasər Rüstəmov polis əməkdaşları tərəfindən saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Belə ki, 1989-cu il təvəllüdlü Qasımova Yasəmən Muraz qızı qardaşı tərəfindən əvvəlcə döyülüb.

Daha sonra o, kürək nahiyyəsindən bıçaqlanıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Məlumata görə, Y.Qasımova hamilədir. 3 saylı xəstəxanın növbətçi həkimi apa-ya bildirib ki, qardaşı tərəfindən bıçaqlanan Yasəmən Qasımovaya ümumilikdə 4 bıçaq xəsarəti yetirilib.

Onun cərrahi əməliyyayı hələlik davam etdirilir.

Vəziyyəti olduqca ağır qiymətləndirilir.

Son məlumata görə, Bakının Sabunçu rayonunda bacısına bıçaq xəsarətləri yetirməkdə şübhəli bilinən 1992-ci təvəllüdlü Yasər Rüstəmov polis əməkdaşları tərəfindən saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev bildirib. BAKU.WS 



QALEREYA



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi