azia.az
azia.az

Bu ərazidə 60 dərəcə şaxta - Son 30 ilin rekordu yeniləndi

16-01-2023, 19:32

Azia.az media-Yakutiyanın Qornı bölgəsində havanın temperaturu -62,4°C-ə enərək 30 il əvvəlki rekordu yeniləyib.

Gundem.az xəbər verri ki, digər ərazilərdə də anomal soyuq hava davam edir. 

Yakutiyanın Kreşenie adlanan ərazisində -63°C-yə qədər temperatur və duman gözlənilir. Bu barədə Rusiyanın Hidrometeorologiya Mərkəzinin elmi rəhbəri Roman Vilfand məlumat verib.

“Aydındır ki, Yakutiya çox soyuq regiondur, lakin Kreşeniedə temperatur normadan təxminən 10-12 dərəcə aşağı olacaq. Bu o deməkdir ki, Yakutiyanın mərkəzində, qərbində və cənubunda havanın temperaturu -58°C-dən -63°C-dək şaxta olacaq. Hətta şaxtalı duman proqnozlaşdırılır, hava çox soyuq olanda belə bir termin var", - deyə Roman Vilfand "RİA Novosti"yə bildirib.

"Yakutiyanın şimalında temperatur -45°C-dən aşağı düşməyəcək", - deyə cənab Vilfand əlavə edib. Onun sözlərinə görə, bölgədə anomal şaxtalar antisiklon mərkəzlərinin yaxınlaşması və antisiklonun yüksək təzyiqi ilə əlaqədar yaranıb.

Yanvarın ilk həftəsində Rusiyanın bəzi regionlarına anomal soyuq hava gəlib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi