İsrail bombaladı
Məlumata görə, İsrail zərbələr endirir. İsrail mediası Suriya müxalifətindəki mənbələrə istinadən xəbər verir ki, dekabrın 11-nə keçən gecə İsrail hərbçiləri Suriyanın cənubundakı Təl-Kalibdə yerləşən Suriya Hərbi Hava Qüvvələri bazasındakı radar qurğusuna üç raket zərbəsi endirib. Radar qurğusunun dağıdıldığı iddia edilir. Rəsmi Dəməşq bu barədə heç bir açıqlama verməyib və İsrail ordusu bu hücumun məsuliyyətini üzərinə götürməyib.