azia.az
azia.az

Ankaranın Təl-Rifat, Mənbiç əməliyyatı və bundan narazı olan(lar)

2-06-2022, 07:48

Ankaranın Təl-Rifat, Mənbiç əməliyyatı və bundan narazı olan(lar)
Ankaranın Təl-Rifat, Mənbiç əməliyyatı və bundan narazı olan(lar).
Türkiyə Silahlı Qüvvələri(TSK)Suriyanın şimalında kürd separatçılarına qarşı keçiriləcək əməliyyatın bütün detallarını hazırlayıb.Bu barədə Türkiyə prezidenti R.T.Ərdogan məlumat verib.Diqqətlə yanaşsaq görərik ki,Suriyanın şimalındakı keçiriləcək əməliyyatın vaxtı düzgün seçilib.Dogrudur,Ərdoganın Suriya əməliyyatını daxili faktorlarla da əlaqələndirə bilərik.
Belə ki,Türkiyədə iqtisadi vəziyyətin pisləşməsi,yüksək infilyasiya göstəriciləri hakim AKP və onun koalisiya ortagı MHP-nin(Cumhur İttifaqı)nüfuzuna təsirsiz ötüşmür.Türk müxalifəti(Millət İttifaqı və HDP) məhz bunu nəzərdə tutaraq deyir ki,iqtidar 1 il sonra keçiriləcək seçkiləri düşünərək Suriya əməliyyatını reallaşdırmaq istəyir.Çünki,Təl-Rifat və Mənbiç əməliyyatları iqtidara türk cəmiyyətini öz ətrafında konsolodasiya etmək üçün bir vasitədir.
Lakin nəzərə alsaq ki,Türkiyədə seçkilərə hələ bir il qalıb(əlbəttə,növbədənkənar seçki keçirilə bilər),o zaman təkcə Suriya əməliyyatı deyil,AKP iqtidarı iqtisadi vəziyyəti də bacardıgı qədər düzəltməlidir.Yəni,təkcə Suriya əməliyyatı ilə seçkini qazanmaq müşküldür.
Zənnimcə,prezident Ərdogan Ukrayna böhranının hələ bir müddət də davam edəcəyini nəzərə alaraq öz cənub sərhədində "qanqrenə"dönmüş kürd separatizminə(PKK/PYD)zərbə vurmaq üçün həm geopolitk şərtlərdən,həm də imkanlardan da istifadə etmək niyyətindədir.Suriyada Ankaranın əməliyyatlarına qarşı olan əsas iki dövlət var:Rusiya və ABŞ.Rusiya B.Əsəd rejimini,ABŞ isə kürd separatçılarını müdafiə edir.Rəsmi Ankara İsveç və Finlandiyanın NATO üzvlüyünə hələlik veto qoymaqla Suriya əməliyyatında Moskvanın müdaxiləsini və etirazlarını minumuma endirmək istəyir.
Yaxın günlərdə Rusiya XİN-nin nümayəndə heyəti Ankaraya gələcək.Görünür,Ankara Təl-Rifat və Mənbiç əməliyyatları məsələsində Moskva ilə uzlaşma əldə edəcək.İndi vəziyyət belədir ki,Qərb tərəfindən küncə sıxışdırılan Rusiyanın Türkiyədən asılılıgı var.Və şübhəsiz ki,Ankara bu fürsətdən istifadə edərək,Suriya əməliyyatını nisbətən rahat reallaşdımaq imkanı əldə edə biləcək.Hal-hazırda Qərbin başı Ukrayna böhranına və daxildəki infilyasiyaya qarışıb və belə olan təqdirdə,Türkiyə hökuməti mövcud siyasi konyukturanı nəzərə alaraq Suriyada əməliyyat keçirəcək.
Dövlətlər şərtlər yarananda öz geosiyasi maraqlarını,planlarını həyata keçirirlər.Vaxtında yubadılan,qeyri-müəyyən zamana təxirə salınan hansısa siyasi addım daha sonra xroniki problemləri də özü ilə bərabər yaradır(ıb).


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi