azia.az
azia.az

Ekologiya və "AzerGold” QSC-nin mütəxəssisləri sülhməramlıların müşayiəti ilə Xankəndiyə daxil oldular

3-12-2022, 16:46




Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və "AzerGold” QSC-nin mütəxəssisləri Rusiya sülhməramlı kontingentinin müşayiəti ilə Xankəndiyə daxil olublar. Bu, danışıqlar nəticəsində mümkün olub. 
Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi ərazilərdə ekoloji monitorinqin aparılması müzakirə olunacaq.
Vurğulamaq lazımdır ki, Qarabağda Azərbaycanın digər ərazilərində olduğu kimi istənilən dövlət qurumu istənilən vaxt monitorinqlər keçirə bilər. Bu, sülhməramlıların müvəqqəti yerləşdiyi ərazilərə, o cümlədən Xankəndiyə də aiddir.

 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi