azia.az
azia.az

Zirəddin İranda baş verənləri nə vaxtdan bilirmiş?

29-11-2022, 13:37


Rusiyada yaşayan həmyerlimiz, tanınmış esktrasens Zirəddin Rzayev İranın daxilində davam edən daxili gərginliyin baş verəcəyini aylar əvvəl bilirmiş.

 

Zirəddin Rzayev Pravda.az-a müsahibəsində İranda gərginliyin yaşanacağı barədə öngörülərinin olduğunu təsdiqləyib.

 

Ekstrasens bildirib ki, 3 iyun 2022-ci ildə “Vesti.az” saytına verdiyi müsahibəsində belə deyibmiş: “Dünyada böhran 3 ilə yaxın uzanacaq, sonra isə stabilləşəcək. Qarşıda hələ çox müharibələr olacaq. Rusiya dövlətinin qonşularında xaos başlayacaq. Çində və İranda da sakitlik olmayacaq...”

 

Qeyd edək ki, İranın daxilində sentyabr ayında başlayan xaos hələ də davam edir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi