azia.az
azia.az

Ekstrasens Zirəddin Rzayevdən Ukrayna ilə bağlı proqnoz

7-03-2022, 08:38

Rusiyada yaşayan həmyerlimiz, məşhur ekstrasens Zirəddin Rzayev astroloq Səbuhi Rəhimlinin youtube kanalına müsahibəsində dünyada dərin narahatlıq yaradan Rusiya-Ukrayna savaşı ilə bağlı maraqlı açıqlama verib.
Ekstrasens Zirəddin Rzayevdən Ukrayna ilə bağlı proqnoz
Z.Rzayev bildirib ki, müharibənin bitməsinə az qalıb: “Bu müharibə uzun çəkməyəcək. Amma bu konflikt uzun müddət davam edəcək. Gərginlik az müddətdə aradan qalxmalıdır. Müharibənin bitməsinə az qalıb”.

Ekstrasens qarşıdurmanın 24-cü gününün mühüm olması barədə mesaj verib: “Bu müharibə 1 aydan çox çəkməməlidir. Az vaxt ərzində aradan qalxmalıdır. Müharibənin 24-cü günü mənim üçün çox maraqlıdır. Bunun səbəbi var. İnşallah biləcəksiniz”.

Z.Rzayevin sözlərinə görə, qanlı münaqişədən insanlar əzab çəkir:”Təbii ki, iki dalaşandan biri haqlı, o biri haqsız olur. Amma savaşın bitməsinə az qalıb”. Azpost.info


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi