azia.az
azia.az

"Bariqa" hesab etdiyi şəxsi öldürən "Hozu" yenidən məhkəmə qarşısına çıxarıldı

18-11-2022, 09:50

Ali Məhkəmədə Samuxda həmkəndlisini qətlə yetirməkdə təqsirləndirilən Vüqar Həsənovun barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə başlayıb.

 

Məlumata görə, hakim İlqar Qılıcovun sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

 

Məhkəmənin növbəti iclası 2023-cü il yanvarın 26-na təyin edilib.

 

Gəncə Ağır Cinayətlər Məhkəməsinin höküm ilə o, 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd: Qətl hadisəsi 2021-ci il martın 1-də Samux rayonu Sərkar kəndi ərazisində qeydə alınıb.

 

Belə ki, kənd sakini, 1991-ci il təvəllüdlü Həsənov Vüqar Adil oğlu həmkəndlisi, 1991-ci il təvəllüdlü Məmmədov Elşən Rövşən oğlu ilə kafedə mübahisə yaranıb. Belə ki, kənddə "Hozu" ləqəbi ilə tanınan Vüqar Həsənov kafedə Elşənə salam verməyib. Elşən Vüqardan ona niyə salam vermədiyini soruşduqda təqsirləndirilən şəxs "mən "bariqa"ya (narkotik satan şəxs) salam vermirəm" deyə cavab verib. Bu zaman baş verən davanı ətrafdakı şəxslər sakitləşdirib. Lakin bir neçə gün sonra Vüqarla Elşən yenidən kənd ərazisində rastlaşıblar. Bu dəfə onların yanında heç kim olmayıb və münaqişə zəminində V.Həsənov həmkəndlisini öldürüb.

 

Onun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) və 228.4-cü (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla) maddələri ilə ittiham irəli sürülüb.

 

Kamal Məmmədov


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi