azia.az
azia.az

Tələbə öz yoldaşını öldürdü-KÜTLƏVİ DAVA

18-11-2022, 09:35

Lənkəranda tələbələr arasında kütləvi dava olub.

Xəbər verilir ki,  keçmiş Ələt-Astara magistralında, Lənkəran rayonunun Kürə deyilən ərazisində tələbələr arasında baş verən kütləvi dava ölümlə nəticələnib.

İlkin məlumata görə Cəlilabad rayon sakini, 2003-cü il təvəllüdlü Tosif Şohlət oğlu Nəsirov aldığı bıçaq xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona ilkin tibbi yardım göstərilib. Buna baxmayaraq xəsarət alan şəxs xəstəxanada dünyasını dəyişib. Faktla bağlı Lənkəran rayon prokurorluğunda araşdırma aparılır. Əlavə məlumat veriləcək.

Həkim Rəşad Fərzullayev bildirib ki, xəstə kəsilmiş-deşilmiş bıçaq yarası ilə xəstəxanaya daxil olub. O, əməliyyat zamanı dünyasını dəyişib.

 




OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi