Erməni əsilli deyilən direktor müavini və qardaşı onları ifşa edən Sergeyi ölümlə hədələdilər ... 17
Bir həftədən artıqdır ki, mətbuatın gündəmini zəbt edən ilginc olay
Bakı şəhərində yerləşən Fuad Fərhadoğlu adına 230 saylı tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini, əslən erməni olduğu deyilən (anasının anası) Ləman Eldar qızı Babayevanın həmin məktəbin direktorunun onu guya məktəbdə zorlaması, buna görədə Ləman Babayevanın qardaşı Abdullayevin bıçaqla məktəbə hücüm etməsi ilə bağlı xəbərlər, sosial şəbəkədən geniş müzakirəyə səbəb olub. Ölkənin təhsil ictimaiyyətinin yaxşı tanıdığı Elşən Qaforovun (230 saylı məktəbin artıq keçmiş direktoru) özünün facebook səhifəsindəki müraciətindən sonra daha həmin müraciətə yazılmış rəylərdən də görünür ki, insanlar bu olaydan hiddətləniblər. 230 saylı məktəbin Təhsil Nazirliyinə, Bakı şəhəri üzrə Təhsil İdarəsinə ünvanlandığı çox saylı müraciətlərə isə heç kim əhəmiyyət vermir.
Əldə etdiyimiz məlumatlara görə Ləman Babayeva 14 sentyabr 2016-ci il tarixindən 25 oktyabr 2016 –cı il tarixinə qədər qəribə bir diaqnozla (yumurtalıqların soyuqdəyməsi) Bakı şəhəri Buzovna qəsəbəsində yerləşən 14 saylı xəstəxanada guya xəstəxana rejimində müalicə olunmuşdur.
Böyük bir məktəbin təlim-tərbiyyə işləri üzrə direktor müavinin tədris ilinin əvvəlində 42 gün işə gəlməməsi və belə bir diaqnozla müalicə olunması marağımıza səbəb oldu. Eyni zamanda 30 min manatdan artıq kreditinə zamin saxladığı, həmin məktəbin təşkilat işləri üzrə direktor müavini Xeyrulla Haqverdiyevin də tədris ilinin əvvəlindən yoxa çıxması əlavə olaraq çoxlu suallara səbəb olur.....
Aldığımız məlumata görə Elşən Qafarov özündən başqa , kollektivin ayrı-ayrı üzvlərinin Ləman Babayeva tərəfindən şərlənməsinə və təhsil nazirliyinin ,o cümlədən Bakı şəhəri üzrə Təhsil İdarəsinin məsələyə vaxtında müdaxilə etməməsinə etiraz olaraq işdən getməsi haqqında ərizə ilə müraciət etmişdir.
Bu olayı ilk dəfə işıqlandıran saytın jurnalistini təhqir edib hədələyən Ləman Babayeva və qardaşı Vəfadar Abdullayev indi də onların ermənilərlə bağlılığını üzə çıxardan Sergey Kovalenko adlı Belarus Respublikasının vətəndaşını hədələyirlər. BakuNews.az-a Ləman və Vəfadarın Sergeylə yazışması ilə bağlı faktlar daxil olub.
Vəfadar Abdullayevin indiyə qədər həbs olunmaması və onun xuliqanlıq əməllərinin davam etməsi sübüt edir ki onların arxasında doğurdan da yüksək rütbəli polis məmurları durur. Ləman Babayevanın özünün də müəllimlər arasında dediyinə görə onun onu müdafiə edən Xəzər RPİ-nin rəisi Azər Muradovdur. “Azər müəllim dedi ki, get otur orda mən arxanda durmuşam” bunu Ləman Babayeva məktəbdə söyləyib. Və Vəfadar Abdullayevin sabah o məktəbə yenə hücüm etməyəcəyi ilə bağlı heç kim cavabdeh deyil ....
Yaxın günlərdə həmin məktəbin müəllim və işçiləri ilə müsahibəmizi saytda yerləşdirəcəyik...
Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.