Bakı metrosunun bu stansiyasında işıqlar söndü
Gərginlik düşməsi nəticəsində "Avtovağzal" stansiyasında saat 11:55-də işıqlanma sistemində problem yaranıb.
Bu barədə Azia.az-a metropolitenin mətbuat xidmətindən bildirilib.
Məlumata görə, 4 dəqiqədən sonra işıqlanma bərpa olunub. Bənövşəyi xətt üzrə qatarların hərəkətində 4 dəqiqə gecikmə olub. Hazırda tam aradan qaldırılıb. Qatarlar interval üzrə hərəkət edir.
Hadisənin səbəbləri araşdırılır. Digər detallar məlum olduqca informasiya veriləcək.