Bakının ən böyük xəstəxanasında işıqlar söndü
1 saylı Kliniki Tibbi Mərkəzdə işıqlar sönüb.
Azia.az xəbər verir ki, sosial şəbəkədə yayılmış məlumata görə, Kliniki Tibbi Mərkəzin 1-ci korpusunda işıqlar sönüb.
Vətəndaşlar artıq bir saatdan çoxdur klinikada elektrik enerjisinin olmadığını və bu səbəbdən istilik sistemlərində də problemin yarandığını qeyd edirlər.
Eyni zamanda xəstəxanaya müraciət edənlər arasında növbə üstündə mübahisə də yaranıb.