azia.az
azia.az

ŞOK XƏBƏR GƏLDİ: HƏRBÇİLƏRİMİZ...

11-11-2022, 22:14

Noyabrın 11-də N nömrəli hərbi hissəyə məxsus avtomobilin qəzaya uğraması nəticəsində 2 hərbi qulluqçumuz yüngül xəsarət alıb.

Bununla  bağlı Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, avtomobildə olan digər 5 hərbi qulluqçu tibbi müayinədən keçirilib və heç bir xəsarət almadıqlarına görə xidmət yerlərinə qaytarılıb.

***

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

Azia.az  APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Xan Qərvənd kəndi ərazisində qeydə alınıb.

“QAZ-3308" markalı avtomobil idarəetmədən çıxması nəticəsində yol kənarındakı dayanacağa, daha sonra "VAZ-21099" markalı minik maşınına çırpılıb. “QAZ 3308”-də olan 7 nəfər müxtəlif bədən xəsarətləri alıb. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

Qəzaya uğrayan "QAZ 3308"-in hərbi maşın olduğu bildirilir. Məlumata görə, xəsarət alanların hamısı hərbçidir.

DİN-in mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov APA-ya faktı təsdiqləyib. Onun sözlərinə görə, qəzaya düşən hərbçilər yüngül xəsarətlər alıb və hospitala müraciət ediblər.

Faktla bağlı araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi