azia.az
azia.az

Şagirdi döyən müəllim işdən qovuldu - VİDEO

11-11-2022, 09:08

Rusiyada, Dzerjinskdə 12 saylı məktəbdə riyaziyyat müəllimi uşağı bir neçə dəfə vurub.

Bildirilir ki, hadisə lentə alınıb, onu "Ni Mash" Telegram kanalı yayıb.

Kadrlarda müəllimin uşağın sinəsinə bir neçə dəfə yumruq vurması, sonra onun yerə yıxıldığı görünüb. Kişi öz hərəkətlərini "Direktorun yanına get!" sözləri ilə müşayiət edib.

Kanalın müəllifləri məktəb şagirdlərinə istinadən yazıb ki, müəllim hadisədən bir neçə saat sonra işdən çıxarılıb. Müəllimin aqressiyasının səbəbləri məlum deyil.

Milli.Az 

İrfan Vəliyev



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi