Maliyyə Nazirliyi 1 mlrd. manatdan çox borc alıb
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2022-ci ilin 10 ayı ərzində dövlət istiqrazlarının yerləşdirilməsi yolu ilə daxili kapital bazarından cəlb etdiyi vəsaitin məbləği 1 milyard manatı ötüb (1,046,552,067).
"Margin.az" Bakı Fond Birjasına (BFB) istinadən xəbər verir ki, cari ilin yanvar-oktyabr aylarında əqdlərin sayı isə 338 olub.