azia.az
azia.az

Bakıda tikiləcək 9 stansiya ilə bağlı YENİ AÇIQLAMA - VİDEO

3-11-2022, 10:38


Bakı Metropoliteni"nin xətlərinin ayrılması yeni konseptual inkişaf sxemi hazırlanan dövrdən ən aktual məsələdir".

Azia.az  xəbər verir ki, bu sözləri İTV-də yayımlanan "Sabaha saxlamayaq" verilişində qonaq olan "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.


Qurum rəsmisi əlavə edib ki, "İçərişəhər" və "Dərnəgül" metro stansiyaları istiqamətlərində xətlər ayrılacaq: "Xətlərin ayrılması üçün "Dərnəgül"dən "Koroğlu" istiqamətinə 3 stansiya inşa olunmalıdır. "Xətai" stansiyasından sonra isə 4 stansiya tikilməlidir.

Bundan xətlər müstəqil fəaliyyət göstərərkən mütləq stansiyanın arxasında qatarın bir yoldan digər yola keçərək əks istiqamətə etməsi üçün stansiya olmalıdır. Bunun üçün "İçərişəhər"dən sonra 1, tövsiyyə olunandır ki, 2 stansiya inşa olunsun. Bu, metropoliten üçün sıxlıqları aradan qaldıracaq".

Ətraflı videoda izləyə bilərsiniz:



VİDEO


Azia.az 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi