Bakıda reabilitasiya mərkəzində uşaqlara işgəncə verilir (VİDEO)
Bakıda reabilitasiya mərkəzində uşaqlara işgəncə verilib. Xəbər verilir ki, bu barədə sosial şəbəkələrdə videogörüntlər paylaşılıb. Videogörüntülərdə mərkəzin əməkdaşlarının uşaqlara işgəncə verdiyi əks olunub.![]()
Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə bildirib ki, hadisə paytaxtın Nizami rayonu ərazisində metronun "Neftçilər” stansiyasının yaxınlığında yerləşən "Mehnur" reabilitasiya mərkəzində qeydə alınıb:
"Görüntülər bir neçə gün əvvəl çəkilib. Bu barədə adiyyəti qurumlara məlumat vermişəm”.