Ukraynalı uşaqlar dincəlmək üçün Bakıya gətirildi - FOTO
![]()
Heydər Əliyev Fondu və Səhiyyə Nazirliyinin dəstəyi ilə Ukraynadakı vəziyyətlə əlaqədar bir qrup uşaq Bakıda reabilitasiya keçəcək.
Xəbər verilir ki, avqustun 21-də 7-17 yaş arasında olan valideyn himayəsindən məhrum 28 uşaq və onları müşayihət edən 4 nəzarətçi Bakıya gəlib.
Hava limanında qarşılanan uşaqlar xüsusi ayrılmış avtobuslarla Səhiyyə Nazirliyinin Sanator-Kurort Reabilitasiya Mərkəzinə aparılaraq yerləşdirilib. Burada 21 gün ərzində uşaqlara psixoloji və ehtiyac olduqda tibbi reabilitasiya xidmətləri göstəriləcək.![]()
Həmçinin Ukraynadan gələn uşaqlar üçün mədəni proqram hazırlanıb. Paytaxtın görməli yerləri ilə tanışlıq, o cümlədən, Heydər Əliyev Mərkəzi, Qobustan dövlət tarixi-bədii qoruğu, İçərişəhər, “Suraxanı” Gəmi-Muzeyi, Atəşqah, “Qala” Dövlət tarix- etnoqrafiya qoruğu və digər tarixi abidə və muzeylərə gəzintilər və ekskursiyalar nəzərdə tutulub.