Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi əsasında Samux rayonunda icma əsaslı sosial reabilitasiya mərkəzi açıldı.
İstedadlı Əlillər İctimai Birliyinin mətbuat xidmətindən
azia.az-a verilən məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən elan edilən müsabiqəyə əsasən 2017-cı il büdcə göstəricilərində 01 iyundan 31 dekabr tarixədək müddəti əhatə edən "Sağlamlıq imkanları məhdud uşaqlar üçün icma əsaslı sosial reabilitasiya mərkəzlərinin fəaliyyətinin təşkili” adlı təkrar müsabiqədə İstedadlı Əlillər İctimai Birliyinin layihəsi Samux rayonu üzrə qalib elan olunmuşdur. Layihənin məqsədi 18 yaşadək sağlamlıq imkanları məhdud uşaqlara icma əsaslı reabilitasiya xidmətlərinin göstərilməsindən, ailələri səlahiyyətləndirmək və onların bilik və bacarıqlarını inkişaf etdirilməsindən, 2017-ci il ərzində Samux rayonunda yaşayan sağlamlıq imkanları məhdud uşaqlara reabilitasiya xidmətlərinin göstərilməsindən və valideynlərin İcma Əsaslı Reabilitasiya haqqında məlumatlandırlmasından ibarətdir. Layihə çərçivəsində 18 yaşadək sağlamlıq imkanları məhdud uşaqlara sosial-psixoloji reabilitasiya, abilitasiya, ailəyə dəstək və ailənin maarifləndirilməsi xidmətləri göstəriləcək. Xidmət ümumi olaraq uşaqların ehtiyacı əsasında aşağıdakı sahələri əhatə edəcək.
1. Sosial iş,
2. Gündəlik həyat (funksional) vərdişləri (abilitasiya),
3. Sosial-psixoloji dəstək,
4. Sosiallaşma və ünsiyyət,
5. Koqnitiv bacarıqlar və təhsil,
6. Nitq problemləri,
7. Hərəkət problemləri (fiziki inkişaf).
Mərkəzin fəaliyyətindən yararlanmaq istəyən Samux rayon sakinləri İstedadlə Əlillər İctimai Birliyi ilə əlaqə saxlaya bilər. Əlaqə vasitələri: Tel. 050-999-30-79 E-poçt.
[email protected]