azia.az
azia.az

Putindən Ərdoğana TƏKLİF: "Baykar savunma" şirkəti ilə birgə işləyək"

27-07-2022, 02:28

Rusiya Prezidenti Vladimir Putin Rəcəb Tayyib Ərdoğana "Baykar savunma" şirkəti ilə birgə çalışmağı təklif edib.



Xəbər verilir ki, bu barədə Türkiyə Prezidenti AKP-nin Mərkəzi İcraiyyə Komitəsinin toplantısında məlumat verib.
Putindən Ərdoğana TƏKLİF: "Baykar savunma" şirkəti ilə birgə işləyək"


Ərdoğan bildirib ki, Türkiyənin müdafiə sənayesi məhsulları dünyanın diqqətini çəkməyə davam edir:



"Putin mənə "Baykar"la birlikdə işləməyi, Birləşmiş Ərəb Əmirlikləri isə Baykarın bir fabrikini sözügedən ölkədə qurmağı təklif edib. Səudiyyə Ərəbistanı isə "Bayraktar Akıncı" hücum pilotsuz uçuş aparatı almaq istəyir".

Qeyd edək ki, bir müddət əvvəl "Baykar Savunma" şirkətinin baş direktoru Haluk Bayraktar "CNN International"-a verdiyi açıqlamasında Rusiyaya "Bayraktar TB2" satmadıqlarını və satmayacaqlarını, Ukraynanın müstəqillik və suverenlik uğrunda müqavimətini dəstəklədiklərini bildirmişdi.



Vəsilə İbrahim,


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi