Sahibə Qafarova “Baykar” şirkətini ziyarət etdi
“Nümayəndə heyəti Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop, Azərbaycan Milli Məclisinin Sədri Sahibə Qafarova və Pakistan Milli Məclisinin sədri Raza Pərviz Eşref ilə birlikdə “Baykar” şirkətinə səfərə gəlib”.
Bu barədə “Baykar” texnologiya şirkətinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, Türkiyə, Azərbaycan və Pakistan “Üçtərəfli Assambleyası Başçılarının İkinci Toplantısı” üçün İstanbulda bir araya gələn sədrlər daha sonra Özdemir Bayraktar Milli Texnologiya Mərkəzini ziyarət ediblər. Səfər çərçivəsində Assambleyanın sədrləri “Baykar” tərəfindən milli və xüsusi olaraq hazırlanmış S/PUA-lar haqqında məlumat alıb və
araşdırmalar aparıblar.
Ziyarətin xatirəsinə hörmətli Məclis sədrlərinə “Bayraktar AKINCI TİHA” modeli təqdim olunub.