Bakıda marşrut avtobusu DYP avtomobilinə çırpıldı (FOTO)
![]()
Bakıda marşrut avtobusu ilə yol polisi avtomobili toqquşub. Xəbər verilir ki, hadisə Koroğlu Nəqliyyatı Mübadilə Mərkəzində baş verib. 60 saylı müntəzəm marşrut xətti üzrə hərəkət edən "Daewoo" markalı avtobusla DYP-yə məxsus "BMW" markalı xidməti avtomobil toqquşub. Nəticədə hər iki nəqliyyat vasitəsinə, xüsusilə yol polisinin xidməti maşınına ciddi ziyan dəyib. Xoşbəxtlikdən ağır xəsarət alan olmayıb.