Bürkülü, isti havada sərnişinlərə FAİQOĞLU ÇİLƏSİ... - NARAZILIQ VAR!
"Şikayətim "Faiqoğlu" şirkətindəndir". Bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Orxan Talıbzadə adlı istifadəçi giley edir.
Daha sonra narazı vətəndaş yazır: "Bu şikayəti yazdığım indicə bu dəqiqələrdə 135 nömrəli marşrut avtobus ilə yol gedirəm. Sürücü sərnişinlərin xahişinə baxmayaraq kondisioneri qoşmur. Əvvəllər də bu hal ilə tez-tez rastlaşmışam. Sürücülər deyir 20:00dan sonra kondisioner qoşmağı müdiriyyət qadağan edib.
Bu barədə "Faiqoğlu" şirkətinə facebookda müraciət etdim, inkar etmədilər, dedilər bəlli temperaturlarda kondisioner qoşulur, sonra isə umumiyyətlə, söhbəti dəyişib söz oyunu apardılar. Şərhlərimi isə səhifədən sildilər".
İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...
Mənbə:My Webpage