azia.az
azia.az

"Aztelekom" əraziləri SATIŞA ÇIXARIB? - NARAZILIQ!

2-06-2022, 10:11

"Aztelekom" əraziləri SATIŞA ÇIXARIB? - NARAZILIQ!
"Bərbad "adsl" xətti ilə bərbad internet verən və buna baxmayaraq telefonu abunəçinin üzünə söndürən şirkət "Aztelekom"..." Bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Hüseyn Süleyman adlı istifadəçi qeyd edir.

"Aztelekom" əraziləri SATIŞA ÇIXARIB? - NARAZILIQ!

Daha sonra narazı vətəndaş yazır: "Şikayətimizi də edə bilmirik, Mehdiabad ərazisinə yeni xəttlər çəkilmir, Prezidentin qərarına baxmayaraq bunlar bizim ərazini "RealTelecom" adlı, heç bir rəsmi səhifəsi olmayan, provayderə satıblar.

Düşünün, illərdir heç bir provayderi Mehdiabad ərazisinə buraxmayan, buraxsa da min bir bəhanə gətirərək yer olmadığını bildirən Aztelekom, Prezidentin qərarından sonra yüksək sürətli kabelləri çəkməyə başladı amma bəzi əraziləri də yeni yaranmış(bəlkə də qohumlarının adınadır) provayderə, Real Telekom a satdı, niyə digər provayderlərə hələ də icazə yoxdur?

Xülasə, həmin provayder bizdən 300-400 azn tək qoşulma haqqına pul istəyir. "Aztelekom" isə o xəttləri pulsuz çəkməlidir..."

İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...


Mənbə:My Webpage


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi