azia.az
azia.az

Hava limanında təyyarələr toqquşdu, ölənlər var

18-07-2022, 08:54



Hava limanında təyyarələr toqquşdu, ölənlər var

ABŞ-ın Nevada ştatının Las-Veqas şəhərindəki Harri Rid beynəlxalq hava limanında iki təyyarə toqquşub.



Bu barədə “Fox News” telekanalına istinadən xəbər verilir.



Telekanalın yerli bölməsinin polisə və yerli aviasiya departamentinə istinadən verdiyi məlumata görə, hadisə zamanı təyyarələrin göyərtəsində olan insanlar həlak olub.



“Fox News” qeyd edib ki, ölənlərin dəqiq sayı hələ məlum deyil. Təyyarələr toqquşduqdan sonra yanıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi