Canlı bomba hava limanında özünü partlatdı: 15 ölü, 81 yaralı
Hazırda hava limanı tamamilə boşaldılır, bütün uçuşlar dayandırılıb
Bu gün səhər saatlarında Brüssel hava limanında baş verən partlayış zamanı yaralananların sayı 81 nəfərə çatıb.
Lent.az-ın ria.novosti-ə istinadən məlumatına görə, bu barədə Belçika səhiyyə naziri Maqqi de Blok məlumat verib.
***
Son məlumata görə, terror aktında ölənlərin sayı 15-yə çatıb. Bu rəqəmin daha da artacağı istisna deyil. Hadisə nəticəsində yaralananların sayı isə 20-dan çoxdur.
**
Belçika mətbuatı yazır ki, partlayışlardan əvvəl hava limanında atışma səsləri eşidilib. Bildirilir ki, yaralalan şəxslərin çoxunun bədəninə aeroportun şüşələrinin qırıqları batıb. Terror aktının baş verdiyi hava limanı paytaxt Brüsseldən 10 km uzaqda yerləşir. Bu hava limanı ötən il 23 milyon sərnişin qəbul edib.