azia.az
azia.az

İstanbul aeroportu bağlandı

29-06-2016, 05:12

İstanbul aeroportu bağlandı İstanbulun "Atatürk" hava limanında törədilən terror aktı ilə əlaqədar aeroport bu gün səhər saat 08.00-dək bağlı olacaq.

APA-nın NTV telekanalına istinadən verdiyi xəbərə görə, sərnişinlər hava limanından təxliyə edilib.

Qeyd olunan vaxtadək təyyarələrin hava limanına uçuşuna və enişinə icazə verilməyəcək.

Son məlumata görə, İstanbulun "Atatürk" hava limanında silsilə partlayışlar nəticəsində 28 nəfər ölüb, 60 nəfər yaralanıb.

Terrorun 3 canlı bomba tərəfindən törədildiyi bildirilir. Onlardan ikisi aeroportun xarici uçuşlar terminalında, 3-sü isə aeroport önündəki metro stansiyasının girişində özünü partladıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi