Zaqatalanın kəndləri sel suları altında qalıb - FOTO
Ötən gün axşamdan etibarən yağan güclü leysan yağışı nəticəsində Zaqatala rayonunun Muxax, Mamrıx, Lahıc və Bəhmətli kəndlərini sel suları altında qalıb.
Azia.az “Report”a istinadən xəbər verir ki, yağış suları adıçəkilən kəndlərin təsərrüfatlarına və həyətyanı sahələrinə dolub.
Güclü sel nəticəsində Yevlax-Zaqatala-Gürcüstan sərhədi magistral yolunun Lahıc və Bəhmətli kəndləri ərazisindən keçən hissəsində yol bağlanıb.
Əraziyə aidiyyatı qrumların əməkdaşları cəlb olunub.