Azərbaycanda məşhur kəndi sel basdı - SON DƏQİQƏ
Azərbaycanın məşhur kəndinə güclü sel gəlib - SON MƏLUMAT
Sel suları bir sıra çətinliklər yaradıb. Daşkəsəndə günorta saatlarında yağan güclü leysan yağışdan sonra Xoşbulaq kəndinə sel gəlib.
Kənd icra nümayəndəsi Kazım Kamalovun "Report"un Qərb bürosuna bildirib ki, sel suları səbəbindən kənd yolunda avtomobillərin hərəkətində qismən çətinliklər yaranıb.
Onun sözlərinə görə, təbii fəlakət evlərə və təsərrüfata, həmçinin selin keçdiyi əraziyə yaxın idman kompleksinə də zərər vurmayıb.
Qeyd edək ki, bu gün Daşkəsən, Göygöl, Gədəbəy və Kəlbəcər rayonuna güclü yağış yağıb, dolu düşüb. Bəzi kəndlərdə dolu kənd təsərrüfatına və meyvə ağaclarına zərər vurub.
Qeyd edək ki, təbii gözəllikləri ilə məşhur olan Xoşbulaq kəndi yerli və xarici turistlərin ən çox üz tutduğu məkanlardan biridir.