azia.az
azia.az

Yük maşını körpüdən aşıb - FOTO

18-08-2021, 17:37

Yük maşını körpüdən aşıb - FOTO
Zaqatalada yük maşını körpüdən aşıb.

Azia.az APA-ya istinadən xəbər verir ki, hadisə Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Zaqatala rayonunun Mazıx kəndi ərazisindən keçən hissəsində baş verib.

"Qazel" markalı, 34 AC 272 dövlət nömrə nişanlı yük maşını idarəetməni itirərək ərazidən axan çayın üzərindəki körpüdən çökəkliyə aşıb.

Sürücü maşında sıxılmış vəziyyətdə qalıb. Sürücünü xilas etmək üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin xilasediciləri cəlb edilib.

Hazırda sürücünün xilasetmə prosesi aparılır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi