azia.az
azia.az

Tahir Əmiraslanov toya getdiyi restoranı yerdən-yerə vurdu:”Məni bura çağırmayın, gedən deyiləm” - FOTO

19-06-2022, 16:46

Tahir Əmiraslanov toya getdiyi restoranı yerdən-yerə vurdu:”Məni bura çağırmayın, gedən deyiləm” - FOTO
Milli Kulinariya Mərkəzinin sabiq rəhbəri Tahir Əmiraslanov Bakıdakı şadlıq saraylarından birini kəskin tənqid edib.

Azia.az xəbər verir ki, o, sosial şəbəkə hesabında paylaşım edərək “MiranaPalace” şadlıq sarayında toyda qarşılaşdığı durumdan yazıb:

“Bu şadlıq sarayındaydıq. Heç məsləhət bilmirəm.

“Aş paz”ların əli dəyən yeməklərin içində biri də yeyiləsi deyildi.

Kababçı isə kababın nə olduğunu deyəsən, bilmirdi. Lülədən bir tikə ağzıa alıb, çıxardım.

Ətin keyfiyyəti şübhə doğururdu.

Süfrənin təşkili = 0”.

T.Əmiraslanov xidmət səviyyəsindən də şikayətlənib:

“8-9-cu sinif uşağı xörəkpaylamağa cəhd göstərirdi.
Süfrəçilər keçəndə hər dəfə mütləq stulu itələyirdi.
Süfrəyə qoyulan sular iki süfrəyə paylanırdı.

Bizə “xidmət edən” uşaqdan sadə su istədim. Qədəhlə birlikdə yoxa çıxdı, bir azdan gəldi. İçmək istəyəndə gördüm xlor qoxusu və dadı verir. Düşündüm ki, bu mümkün deyil. Amma yanımdakılar da dedilər ki, su xlorludur.

Stolun altından paltarı çıra biləcək mismarı və suyu zalda gəzişən “Alya letçik” geyimindəki böyüklərinə göstərdim.

Yekəxanalıqla “Su firma suyudur” ,-deyib getdi.

Üzr istəmək belə ağlına gəlmədi.

Daha çox mənfiliklər vardı.

Mənı bura toya dəvət etməyin. Gedən deyiləm”.
Tahir Əmiraslanov toya getdiyi restoranı yerdən-yerə vurdu:”Məni bura çağırmayın, gedən deyiləm” - FOTO


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi