azia.az
azia.az

Sumqayıtda şadlıq sarayında gənc oğlan faciəvi şəkildə öldü - FOTO

10-11-2021, 09:36

Sumqayıtda şadlıq sarayında 18 yaşlı gənc yıxılaraq ölüb.
Sumqayıtda şadlıq sarayında gənc oğlan faciəvi şəkildə öldü - FOTO
Azia.az APA-ya istinadən bildirir ki, hadisə şəhərin Nəriman Nərimanov küçəsində fəaliyyət göstərən şadlıq saraylarının birində qeydə alınıb.
Şadlıq sarayının yuxarı mərtəbəsinin mətbəx yerləşən hissəsinə yükqaldırıcı vasitə quraşdırılıb. Həmin vasitə ilə yuxarıya ərzaq qaldırılan zaman orada çalışan 2003-cü il təvəllüdlü Adəm Əzimzadə hündürlükdən yıxılıb. Ağır bədən xəsarətləri alan 18 yaşlı gənc təcili tibbi yardımın köməyi ilə xəstəxanaya aparılsa da yolda keçinib. Mərhumun meyiti aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi