azia.az
azia.az

Azərbaycanda xalçalara hopdurulmuş patı narkotik aşkarlandı - VİDEO

11-06-2022, 11:32

Azərbaycanda xalçalara hopdurulmuş patı narkotik aşkarlandı - VİDEO
Bakıda minlərlə kiloqram çəkidə, 85 milyon dollar dəyərində olan narkotik maddələr yandırılaraq məhv edilib.


Xəbər verilir ki, tiryək, heroin, kokainlə yanaşı, rulon formasında materiala hopdurulmuş metamfetamin ("patı") maddəsi xüsusilə diqqət çəkib.

Bununla bağlı hadisə yerində olmuş jurnalist Nail Kəmərli Bakupost.az -a bildirib ki, həmin rulon xalçadır.


"Patı"nı əridib onun iç səthinə bəzi yerlərə çəkib qurudur, sərhəddən bu formada sezdirmədən keçirirlər. Sonra narkotik alverçiləri xalçaya hopdurulmuş narkotiki qaşıyıb ayırır və satır.

Videodan da göründüyü kimi xalçanın bəzi yerləri yumuşaq, bəzi hissələri sərtdir. Mütəxəssis o hissəyə narkotik hopdurulduğunu deyir.
Xüsusi sahədə tonlarla aktlaşdırılmış narkotik maddə komissiyanın nəzarəti altında yandırılıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi