azia.az
azia.az

Təcridxanaya soğan və corabın içində narkotik keçirmək istədilər - Foto

22-09-2021, 19:40

Təcridxanaya soğan və corabın içində narkotik keçirmək istədilər - Foto
Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasına narkotik və psixotrop maddələrin keçirilməsi cəhdinin qarşısı alınıb.

Xidmətdən Azia.az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinərək həbs edilmiş Ruslan Rövşən oğlu Nuriyevə tanışı Bakı şəhər sakini Sara Əlişad qızı Xəlilova tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman orada olan soğanın içərisində xüsusi üsulla gizlədilmiş sellofan bükülülərdə ümumi çəkisi 1,587 qram olan narkotik maddə - heroin və ümumi çəkisi 0,806 qram olan psixotrop maddə - metamfetamin aşkar edilib.
Bundan başqa, Cinayət Məcəlləsinin 234.4.3 və 93.1.2-ci maddələri ilə təqsirli bilinərək 7 il müddətinə azadlıqdan məhrum edilmiş və hal-hazırda Bakı İstintaq təcridxanasında cəza çəkən məhkum Ceyhun Qəribağa oğlu Qasımova poçt vasitəsilə göndərilmiş banderola baxış keçirilən zaman orada olan 1 cüt coraba xüsusi üsulla hopdurulmuş və ümumi çəkisi 1,743 qram olan narkotik maddə - heroin aşkar edilib.

Eyni zamanda, Cinayət Məcəlləsinin 172.2.3 və 69.3-cü maddələri ilə təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş və hal-hazırda Şəki Penitensiar müəssisəsində cəza çəkən məhkum Mirzə Zahid oğlu Nirzəyevə atası Zahid Novruz oğlu Mirzəyev tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman orada olan 1 cüt coraba xüsusi üsulla hopdurulmuş və ümumi çəkisi 0,148 qram olan narkotik maddə - heroin aşkar edilib.

Faktlarla bağlı araşdırma aparılır.

Təcridxanaya soğan və corabın içində narkotik keçirmək istədilər - Foto
Təcridxanaya soğan və corabın içində narkotik keçirmək istədilər - Foto


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Dekabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi