azia.az
azia.az

Ərini öldürdüyü üçün həbs edilən və məhkəmədən azadlığa buraxılan qadınla bağlı apellyasiya şikayəti verilib

13-02-2022, 08:33


Bakıda ərini öldürməkdə təqsirləndirilən Sevda Babayevanın barəsində olan hökmdən apellyasiya şikayəti verilib.

Xəbərə görə, zərərçəkmişin hüquqi varisi birinci instansiya məhkəməsinin çıxardığı hökmdən narazı olduğu üçün Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.
Ərini öldürdüyü üçün həbs edilən və məhkəmədən azadlığa buraxılan qadınla bağlı apellyasiya şikayəti verilib
Məhkəmənin ilkin baxış iclası fevralın 24-nə təyin edilib. Şikayət hakim Ziya Şirinovun sədrliyi ilə araşdırılacaq.

Xatırladaq ki, hadisə 2021-ci il aprelin 21-də Qaradağ rayonu, Lökbatan qəsəbəsində qeydə alınıb.

Belə ki, Babayeva Sevda Rasim qızı həyat yoldaşı Əskərzadə Elvin Pənah oğlunu şəxsi münasibətlər zəminində mübahisə zamanı bıçaqla qətlə yetirib.

Daha sonra S.Babayeva şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Onun barəsində Cinayət Məcəlləsinin (CM) 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Bakı Ağır Cinayətlər Məhkməsinin hökmü ilə S.Babayevanın barəsində irəli sürülən CM-nin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi CM-in 123-cü (Zəruri müdafiə həddini və ya cinayət törətmiş şəxsin tutulması üçün zəruri həddi aşmaqla adam öldürmə) maddəsinə tövsif olunub. Qadına bu maddə ilə 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.

Hökmdə qeyd edilib ki, S.Babayevaya Amnistiya Aktı şamil olunub və o, məhkəmə zalından azadlığa buraxılıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi