azia.az
azia.az

Alı Qocayevə “dur” deyən tapılacaqmı? - İLGİNC İDDİALAR...

1-06-2022, 12:40

Alı Qocayevə “dur” deyən tapılacaqmı? - İLGİNC İDDİALAR...
Daxil olan məlumata görə Samux rayonu icra başçısı Alı Qocayevin yuxusu ərşə çəkilib. Çünki icra başçılarının həbsindən sonra növbənin ona çatacağını hiss edir. Həm də onun oğlu Mehman Qocayev də Vilyam Hacıyevin oğlu Məhəmməd Hacıyev və Nizaməddin Quliyevin oğlu Ramal Quliyev kimi prokurorluqda çalışır. Qanuna görə o, işdən çoxdan azad olunmalı idi. Məlumdur ki, qanunvericilik dövlət qulluğunda çalışan şəxslərə biznes fəaliyyəti ilə məşğul olmağı qadağan edir. Belə ki, Bakı şəhər prokurorunun müavini Mehman Qocayev dövlət qulluğunda çalışdığı dövrdə aşkar biznes fəaliyyəti ilə məşğul olur. O, Azərbaycandan kənarda rəsmi iş adamıdır və təkcə Turkiyədə 20 milyonluq sərmayə etdi. Orada o məşhur otelin rəsmi menejeri idi. M.Qocayev “Sianji Enerji Turizm İnşaat Yatırım Sanayi ve Ticaret Anonim Şirketi”-nin qurulmasında 50% pay ortaqlığı ilə iştirak edib. Bu şirkətdə onun ortaqları Türkiyədə və ondan kənarda Sianji Hotels otellər şəbəkəsinə sahib olan Çakır ailəsi idi. 2017-ci ilin martında 3 illik fəaliyyəti dövründə daim zərərlə işləyən şirkətin ləğv edilməsi barədə qərar verilib. Bu dövrdə Mehman Qocayev və Ökkaş Recai Çakır şirkətin baş direktoru vəzəfisində bir-birlərini əvəz ediblər. Türkiyədə bu qrup Erqenekonçu qrup kimi tanınır. “Prokuror” Mehman Qocayev həmin dövr ərzində həmin şirkətdə bir necə qalmaqalla tanınıb. M. Qocayevin Samuxda da böyük maldarlıq biznesi var. Onun biznesinə atasının biznesi və əmlaklarını da əlavə etsək Qocayevlərin oliqarxa çevrildiklərinin şahidi olarıq.
Bu pulları qazanmaq üçün Alı Qocayev məhz İcra başçısı maaşı almaqla azı 365 il işləməlidir, özü də maaçl xərcləmədən. Lakin vaxtilə Milli Məclisin keçmiş sədri işləmiş Oqtay Əsədovun bu “şımarık qudası” toxunulmazlıq statusu qazanaraq, dövlət büdcəsindən ayrılan milyonlarını xırıd etməklə məşğul olub. Ona bu işdə
Valeh Ələsgərov “şəriklik” edib.
Prezident Samuxa 3 dəfə hərəsi 2 milyon manat olmaqla pul ayırıb. Görəsən o pullar hara və nəyə xərclənir? Bir ay əvvəl işıq xətlərinin yol qırağındakı ağacların üstü ilə və yerdən 1 metr yuxarıdan, üstü açıq alüminim məftillərlə getməsi nəticəsində Samux şəhər sakini, 11 yaşlı Fərid Məmmədovu cərəyan vurub öldürdü. O yazıq uşağa və onun kasıb xəstə ata-anasına heç kəs kömək etmədi .Hətta uşağın atası Cavanşir Məmmədovu İşıq İdarəsinin işçiləri, mühəndisi və müdiri hədələyərək ”o biri oğlunu da öldürərik” dedilər.
Prokurorluğun müstəntiqi də İşıq İdarəsinin tərəfini tutur. Bu işin tam günahkarı şəxsən Alı Qocayevdir”.
Samux rayonundan “Yeni Müsavat”a göndərilən məktubda belə deyilir. Məktubda icra başçısının sakinlərin şikayətinə baxmadığı, çox vaxt işdə olmadığı qeyd olunur: “Alı Qocayev rayonda heç bir iş görmür. Gününü 1-ci müavin Tahir Qarayevin vasitəsilə pul yığmaqla keçirir. Müəllimlərin, həkimlərin və idarə-müəssisələrin işçilərinin əmək haqlarından hər ay 30-50 manat pul tuturlar. Samuxda torpaqları həyətyanı torpaq sahəsi adı ilə 1 sotunu 1500-2000 manata satırlar”. İcra başçısının Gəncədə yaşadığını qeyd edən məktub müəllifləri A.Qocayevin orada etdiy qanunsuzluqlara da toxunurlar: “Gəncə şəhərində mədəniyyət evini, onun klubunu və mədəniyyət evinin qabağındakı həyətyanı torpaq sahəsi üzərindəki tikililəri uçurtdu. Daşını, torpağını daşıtdırıb həmin yerdə özü üçün böyük villa tikdirdi. Həmin işlərə 1-ci müavin Tahir Qarayev rəhbərlik etdi. Orada söküntü, tikinti işlərində Samuxun Qaz İdarəsinin və başqa idarələrin işçilərini qanunsuz olaraq işlətdirdilər. Həmin mədəniyyət evinin 4 tərəfi yol idi. Alı Qocayev özünə villa tikdirəndə yolun 1 tərəfini tamamilə bağladı, qalan 3 tərəfindəki yolların yarısını zəbt edib yolu daraltdı. Orada yaşayan sakinlər yolkəsənliyə etiraz etdi. Alı Qocayev qonşuların etirazına məhəl qoymadı. Ərazinin sakinləri Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin qəbuluna gedib şikayət etdilər. Elmar Vəliyev şikayətə gələnləri söyüb-təhqir edib qovdurdu”. Məktub müəllifləri yazır ki, icra başçısının dilindən “pul yoxdur” kəlməsi düşmür: “Alı Qocayevdən soruşan lazımdır ki, əgər pul yoxdursa, özünə villanı hansı pullarla tikdirmisən? Samux sakinləri qəbuluna gedib deyirlər ki, işıq xətlərinin dirəyi yoxdur, işıq xətlərini küçədəki ağacların üstü ilə aparırlar. Alı Qocayev ”pul yoxdur, mən haradan alım işıq dirəklərini, çıxın gedin, yoxsa sizi dama basdıraram” – deyərək şikayətə gələnləri təhqir edib və hədələyib. Başçı “pul yoxdur” deyir, bəs villaya pulu necə tapır? Alı Qocayev Samux şəhərində, Heydər parkında 2 obyekt tikdirib. Biri çayxana, o biri də restoran. Onun rayonda gördüyü iş budur. Müəllimlərin dediyinə görə, Samuxda Təhsil İdarəsinin müdiri Gülağa Hüseynov bütün rayon məktəblərinin müəllimlərindən hər ay 20-50 manat məbləğində pul yığır, deyir ki, Alı Qocayevin tapşırığıdır, toplanan pul rayonda abadlıq işləri aparmaq üçündür. Bu Təhsil Şöbəsinin müdiri hələ Sərkər kənd orta məktəbinin direktoru olan vaxt da müəllimlərdən pul yığırdı. İndi də bütün rayon məktəblərindən pul yığır. Belə bir şəxsi Təhsil Şöbəsinə müdir qoymaqda Alı Qocayevin məqsədi nədir?” Məktubda Samux Şəhər Bələdiyyəsinin fəaliyyəti haqda da söhbət açılır: “Bələdiyyə sədri Xatayım Cəfərov Samux İcra Hakimiyyətinin başçısı Alı Qocayevlə birləşib rayonu dağıdır. Xatayım Cəfərov 3-cü dəfədir ki, saxta seçki ilə bələdiyyə sədri seçilib. O, sədr işlədiyi bu 14 ildə heç kəsə, yəni bir kasıba, imkansıza kömək etməyib. Ancaq özü üçün işləyib, rüşvət yığmaqla məşğuldur. Xatayım 14 il bundan əvvəl bələdiyyə seçkisindən əvvəl, Samux şəhərində sovxozun direktoru olub. O, sovxozun bütün əmlakını dağıdıb talan etdi. Şərab zavodunu, qoyun və iri buynuzlu mal fermasını, 100 hektarlarla əkin yerlərini və örüş yerlərini zəbt edib özününküləşdirdi. 6 min baş qoyun fermasının yataqlarını və bu fermanın 1000 hektar ərazisini qoyunlarla birlikdə yiyələndi və özününküləşdirdi. Hətta sovxozun idarə binasını da özününküləşdirib. İndi neçə illərdir ki, həmin idarə binasını Qaz İdarəsinə kirayə verib. Bazar üçün ayrılan yeri isə öz qızına məhlə yeri kimi verib, orada qızına ev tikdirib. İndi də 14 ildir bələdiyyə sədri kimi Samux şəhərini dağıtmaqla məşğuldur”.Məktubda rayonunda baş verən qanunsuzluqlar, haqsızlıqlar haqda deputat Valeh Ələsgərova yazılı şikayətlər göndərildiyini və heç bir nəticə olmadığını qeyd edirlər: “Valeh Ələsgərova yazılı şikayət edəndə heç cavab gəlmir. O adam ancaq deputat seçkisində rayona gəldi. Valeh Ələsgərov 2-ci dəfə deputat seçkisində rayona gələndə camaat ona dedi ki, sən bir dəfə seçilmisən rayon üçün, camaat üçün nə iş gördün ki, yenə deputat olmaq istəyirsən?! O isə camaatı təhqir etdi və dedi ki, sizin səsinizə heç ehtiyacım yoxdur. Mən artıq seçilmişəm. O, öz namizəd yoldaşlarına da demişdi ki, siz heç bilirsinizmi mən nə qədər pul verib gəlmişəm? Bundan sonra 30 il deputat olacağam. Yəni deputat olmaq seçki ilə yox, pul ilə, təyinatladır. Valeh Ələsgərov bir dəfə də olsun Samuxda camaatla görüş keçirməyib. Deputatın köməkçisi Elnur Tağıyev Heydər Əliyev mərkəzində kiçik bir otaqda oturur. Köməkçi şikayətə gələnlərə deyir ki, Valeh müəllim xaricdədir. Gələndə sizin ərizənizi, şikayətlərinizi ona verərəm. Amma 9 ildir ki, deputat hələ də gəlib çıxmayıb. 1 ildən sonra yenə deputat seçkisidir, yəqin onda yenə yalan vədlərlə gələcək.Deputat Valeh Ələsgərovun köməkçisi Elnur Tağıyev köməkçi işindən qabaq Moskvada ayaqqabı alveri edirdi. Köməkçinin atası Fazil Tağıyev Samux İcra Hakimiyyətinin Torpaq Şöbəsinin müdiridir. Bu adam rayonda bir qarış torpaq sahəsi qoymadı, hamısını satdı. Deputat Valeh Ələsgərovun qardaşı Hafiz Ələsgərov “CİP” markalı avtomaşınla içkili vəziyyətdə sürət həddini aşaraq içində 4 nəfər olan bir “Moskviç” markalı avtomaşının üstündən keçdi. “Moskviç” avtomaşınında olan 4 nəfərdən 1-i Samuxun Qarayeri qəsəbə sakini Elşən Bayramov yerindəcə dünyasını dəyişdi, 1 nəfər şikəst oldu, 2 nəfəri isə ağır yaralandı. Ölən şəxs oğluna toy etməyə hazırlaşırdı. Toya 2 gün qalmış bu hadisə olub. Deputatın qardaşları ölənin və yaralananların ailələrini hədələyib ki, “səsinizi çıxarmayan, şikayət etməyin sizi qırarıq”. Ölən və yaralananların ailələrinə heç bir köməklik etmədilər. Üstəlik deputatın qardaşı Hafiz Ələsgərovun heç xətrinə dəymədilər. Hazırda ölən adamın ailəsi çox ağır vəziyyətə düşüb. Polis Valeh Ələsgərovun 5 qardaşından biri olan Rasim Ələsgərova məxsus əkin pay torpaqlarında narkotik, nəşə bitkiləri aşkarladı. Həmin narkotik kolları polislər tərəfindən yığılıb yandırıldı. Bu səhnəni telekanallar da göstərdi. Narkoplantasiyanın Valeh Ələsgərovun qardaşına məxsus torpaqda olduğu da hamıya bəlli idi. Rasim Ələsgərovu kənarda qoymaq üçün dedilər ki, güya o, torpağı başqa adama icarəyə verib. Bununla da iş bağlandı. Rasim Ələsgərov həm də 2-ci qrup əlildir. Valeh Ələsgərov deputat olandan sonra Rasim Ələsgərovu Samux Telekommunikasiya Qovşağının rəisi Ələsgər Əliyev qovşağın Qarayeri qəsəbəsində montyor işinə təyin etdi. O da montyor ola-ola hamıya göstəriş verir. Bir ayağının yarısı olmayan necə montyor ola bilər?”Məktubda Samuxda qapalı dövrə yarandıldığı, ərizə şikayətlərə baxılmadığı, problemlərin illərlə çözülmədiyi bildirilir: “Bu adanmlar Samuxu elə günə salıblar ki, o biri rayonlarla müqayisə etdikdə rayonun çox geridə və çox bərbad halda olduğu gözə girir. Özləri isə rayona ayrılan milyonların hesabına hədsiz dərəcədə varlanıblar. İstədiklərini edir, prezidentin məmurlara xitabən söylədiklərinə məhəl belə qoymurlar”.

Qarşı tərəfin cavabını dərc etməyə hazırıq.

Mənbə:My Webpage


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi